Bank Of Baku

İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumu zamanı Amerika vətəndaşı həlak olub

İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumu zamanı Amerika vətəndaşı həlak olub
# 03 iyun 2010 22:26 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət departamentinin nümayəndəsi Filip Krouli bəyan edib ki, İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumu zamanı Amerika vətəndaşı həlak olub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə zamanı həlak olan 19 yaşlı Furkan Dogan Nyu-York ştatında anadan olub. O Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisinə İsrail hərbiçilərin hücumu zamanı güllələnib.

Biz İsrailin hadisəni obyektiv araşdıracağına ümid edirik, Krouli deyib.

Onun sözlərinə görə, ABŞ-ın hansı addımlar atacağı barədə danışmaq hələ tezdir.

Xatırladaq ki Qəzzaya doğru yola çıxan 6 gəmidən ibarət yardım donanması mayın 31-nə keçən gecə İsrailin silahlı müdaxiləsinə məruz qalıb. İsrail hərbi vertolyotları gəmilərə yaxınlaşaraq atəş açmağa başlayıblar və gəmilərdən birinə desant endiriblər.
Hadisə nəticəsində ölən və yaralananlar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR