Bank Of Baku

Banqladeş paytaxtında yanğından ölənlərin sayı 108 nəfərə çatıb

Banqladeş paytaxtında yanğından ölənlərin sayı 108 nəfərə çatıb
# 04 iyun 2010 07:50 (UTC +04:00)
Dəkkə-APA. Banqladeşin paytaxtı Dəkkədə baş verən yanğın nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb, 100-dən artıq insan isə yanıq yarası alıb. APA-nın məlumatına görə, yerli hakimiyyət orqanları yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğunu bildirir. Xatırladaq ki, yanğın şəhərin köhnə hissəsində elektrik transformatorunda baş verən qısa qapanmadan yaranıb və tez bir zamanda mənzillərə və ofislərə yayılıb. Küçələrin dar olması səbəbilə yanğınsöndürənlər alovu ram edə bilməyiblər. Ərazidə külli miqdarda kimyəvi maddənin olması alovun sürətlə yayılmasına təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR