Bank Of Baku

İsrail BMT-nin «azadlıq donanması»na dair komissiyası ilə əməkdaşlıqdan imtina edib

İsrail BMT-nin «azadlıq donanması»na dair komissiyası ilə əməkdaşlıqdan imtina edib
# 04 iyun 2010 21:58 (UTC +04:00)
Bakı-APA. İsrailin BMT-nin İnsan haqları şurasının «azadlıq donanması» hadisəsi ilə bağlı yaratdığı komissiya ilə heç bir əməkdaşlığından söhbət gedə bilməz. Bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman bəyan edib.

«Biz kifayət qədər yetkin dövlətik və güclü, müstəqil hüquq sistemimiz var və problemlərimizi özümüz həll edəcəyik», deyə nazir bildirib.

«Aydındır ki, onların məqsədi qarşıdurma və qan tökülməsi idi. Biz rəsmi və qeyri-rəsmi kanallarla türk hakimiyyət orqanları ilə sıx əlaqədə idik. Bu yüklərin Qəzza zolağına çatdırılmasının alternativ variantlarını təklif edirdik. Lakin bütün təkliflərimiz qəbul edilmədi», deyə Aviqdor Liberman əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR