Bank Of Baku

İsrail baş nazirinin müavini: «Biz Türkiyə ilə münasibətləri korlamaqda maraqlı deyilik»

İsrail baş nazirinin müavini: «Biz Türkiyə ilə münasibətləri korlamaqda maraqlı deyilik»
# 05 iyun 2010 04:55 (UTC +04:00)
Bakı-APA. İsrail Türkiyə ilə münasibətləri korlamaqda maraqlı deyil. Bu barədə İsrailin baş naziri Dan Meridor bəyan edib.

«Aralıq dənizində baş vermiş hadisə təəssüf doğurur. İnsanların həlak olmasına təəssüf edirik. Eyni zamanda İsrail hərbçilərinin ancaq özünümüdafiə məqsədləri üçün hərəkət etdiklərini bildiririk. Bizim məqsədimiz Qəzza zolağına silah daşınmasının qarşısını almaqdır», deyə Meridor vurğulayıb.

İsrail hökumətinin üzvü həmçinin «yaxın vaxtlarda emosiyaların keçəcəyinə və beynəlxalq ictimaiyyətin baş verənlərə obyektiv baxa biləcəyinə» ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR