Bank Of Baku

İranda İmam Xomeyninin vəfatının 21-ci ildönümü ilə bağlı keçirilən mərasimdə 19 nəfər həbs edilib

İranda İmam Xomeyninin vəfatının 21-ci ildönümü ilə bağlı keçirilən mərasimdə 19 nəfər həbs edilib
# 05 iyun 2010 11:13 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 21-ci ildönümü ilə bağlı keçirilən mərasimdə 19 nəfər həbs edilib. APA-nın “İsna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Tehran polisinin rəhbəri Hüseyn Sacidiniya bildirib ki, polis bütün təhlükəsizlik tədbirlərini öncədən hazırlayıb: “Hər hansı bir xoşagəlməz hal baş verdikdə polis dərhal onun qarşısını almağa hazır idi”.
H. Sacidiniya bildirib ki, həbs olunanlar mərasimdə insanların sıxlığından istifadə edərək oğurluq edən 17 nəfər və özlərini polis kimi qələmə verən bir qadın və bir kişidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR