Bank Of Baku

Rəsmi Kabul Taliban ilə dil tapmağa çalışır

Rəsmi Kabul Taliban ilə dil tapmağa çalışır
# 05 iyun 2010 17:55 (UTC +04:00)
Bakı-APA. Əfqanıstada sülh cirqası - ağsaqqallar şurası Talibanla danışıqlar aparmaq üçün yeni komissiyanın yaradılmasına çağırıb.
АPA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bəyanat Kabulda cirqanın 3 gün davam edən və Əfqanıstan münaqişəsinə son qoymaq məqsədilə çağrılmış toplantısının sonunda verilib.
Nümayəndələr hökumətin Talibanla ünsiyyətə başlamaq planını dəstəklədirlər. Amma yaraqlılara nələrin təklif edilməsi ilə bağlı fikir ayrılığı var idi.
Bir çox nümayəndələr Talibanın danışıqlar masasına cəlb edəcəyinə ümid edilən təkliflərlə çıxış etdilər.
Buraya hərəkat rəhbərliyinin qara siyahıdan çıxarılması daxildir. Bu siyahıya salınmaqla onların öldürülməsi və ya ələ keçirilməsinə əmr verilmiş olub.
Bu arada zorakılığı pisləyən yaraqlıların əfvinə çağırışlar da səsləndi.
Bundan başqa Amerikanın nəzarətində olan dustaqxanalardakı məhbusların əfqan hakimd airələrinə təhvil verilməsi təklifi də səsləndi.
Cirqanın hansı məsləhətini seçib ona əməl etyməsinə əfqan hökuməti qərar verəcək.
Amma bir çox əfqan və qərbli rəsmilər hesab edirlər ki, Talibanla hər hansı sövdləşmənin əldə edilməsi hələ uzun prosesdir, Jirgaya uzun və mürəkkən prosesin başlanğıcı kimi baxanlar da var.
Ötənlərdə Taliban dəfələrlə xarici qoşunlar ölkəni tərk etməmiş Əfqan hökuməti ilə danışıqlar aparmayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR