Bank Of Baku

İranda 3 nəfərin barəsində edam hökmü çıxarılıb

İranda 3 nəfərin barəsində edam hökmü çıxarılıb
# 07 iyun 2010 07:50 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Tehranda məhkəmə 3 şəxs barəsində edam hökmü çıxarıb. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Tehran polisi bir evə daxil olub ev sahibinin əl-ayağın bağlayaraq onun həyat yoldaşına müxtəlif işgəncələr verən 3 şəxsi uzun axtarışlardan sonra həbs edib. Təhqiqatlar nəticəsində cinayətkarların bu ailəni öncədən tanıdıqları məlum olub. Tehranın 79 saylı İnqilab Məhkəməsi müttəhimlərin edam edilməsinə qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR