Bank Of Baku

İran Qazzaya humanitar yardım göndərəcək

İran Qazzaya humanitar yardım göndərəcək
# 07 iyun 2010 08:55 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran Fələstinin Qəzza zolağına humanitar yardım aparmaq üçün bu həftənin sonuna qədər iki gəmi yola salacaq. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İranın Qırmızı Aypara Cəmiyyətinin beynəlxalq şöbəsinin rəhbəri Əbdülrauf Ədibzadə məsələni əlaqədar təşkilatlar və ölkə rəhbərliyi ilə müzakirə etdiyini deyib. Ə. Ədibzadə bu gəmilərin Qəzzaya göndərilməsi üçün heç bir ölkənin vasitəçiliyindən istifadə olunmayacağını bildirib. O, humanitar yardım aparanların hamısı könüllülərdən ibarət olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR