Bank Of Baku

İslam Konfransı Təşkilatı BMT-ni Qəzzaya yardım aparan gəmilərlə bağlı insidenti araşdırmaq üçün müstəqil beynəlxalq komissiya yaratmağa çağırıb

İslam Konfransı Təşkilatı BMT-ni Qəzzaya yardım aparan gəmilərlə bağlı insidenti araşdırmaq üçün müstəqil beynəlxalq komissiya yaratmağa çağırıb
# 07 iyun 2010 10:15 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İslam Konfransı Təşkilatı (İKT) Qəzzaya humanitar yük aparan “Azadlıq donanması”na İsrail tərəfindən edilmiş silahlı hücum faktını araşdırmaq üçün müstəqil beynəlxalq komissiya yaratmaq təklifi ilə BMT-yə müraciət edib. APA-nın xəbərinə görə, İKT İcra Komitəsinin iyunun 6-da Ciddə şəhərində keçirilən iclasında sərnişin gəmilərinə hücum və dinc vətəndaşların qətlinə görə məsuliyyət daşıyan şəxslərin aşkarlanaraq cəzalandırılması tələbi irəli sürülüb.

İKT BMT-nin baş katibi Pan Gi Muna müraciət edərək Fələstin xalqının çəkdiyi əzabları azaltmaq məqsədilə Qəzza sektorundan blokadanın götürülməsini sürətləndirmək üçün səyləri artırmağa və bu məqsədlə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi üçün addımlar atmağa çağırıb.

İcra Komitəsi insidentin araşdırılması məqsədilə BMT baş katibinin şəxsi nəzarəti altında beynəlxalq normalara uyğun neytral, müstəqil və şəffaf araşdırma aparılmasını zəruri sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR