Bank Of Baku

İranda narkotik qaçaqmalçılığında ittiham olunan 1237 qadın həbs edilib

İranda narkotik qaçaqmalçılığında ittiham olunan 1237 qadın həbs edilib
# 07 iyun 2010 12:43 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Narkotik qaçaqmalçılığı ilə ciddi mübarizəyə başladığımız 75 gün ərzində qaçaqmalçılıq və narkotikin satışı ilə məşğul olan 41 min 237 nəfər həbs edilib. Həbs edilənlərin 1237 nəfəri qadındır”. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın narkotiklərlə mübarizə idarəsinin rəisi Həmidrza Hüseynabadi deyib. O bildirib ki, həbs edilən qadınlar əsasən narkotik qaçaqmalçılığı ilə məşğul olanlardır.
H. Hüseynabadi qeyd edib ki, narkotikin ölkədə yayılması qanunda olan bəzi boşluqlar və sakinlərin buna bəzən biganə münasibət bəsləmələrindən irəli gəlir: “Burada qiymət məsələsi də önəmlidir. Polis hər bir yerdə həm şəhər və həm də sərhəddə ciddi yoxlanışlar aparmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR