Bank Of Baku

İsrail geriyə addım atdı

İsrail geriyə addım atdı
# 07 iyun 2010 21:31 (UTC +04:00)
Bakı-APA. Qəzzaya humanitar yardım aparan "Azadlıq donanması"na edilən hərbi əməliyyatla bağlı araşdırma aparılacaq. Belə bir bəyanatla İsrailin müdafiə naziri Ehud Barak çıxış edib.

Gözlənilməz bəyanatla çıxış edən İsrailin müdafiə naziri eyni zamanda Qəzzanın blokadasının müxtəlif yollarla davam etdirilməsi ilə bağlı məsələ üzərində də çalışdıqlarını bildirib.

Bu arada İsrailin "Haaretz" qəzeti İsrail ordusunun "Mavi Mərmərə" gəmisinə hücum zamanı 9 türkün ölümü ilə nəticələnən basqınla əlaqədar Dövlət Araşdırma Komissiyasının yaradılması barədə qərar verildiyi barədə məlumat yayıb.

"Haaretz" həmçinin bildirir ki, araşdırma komissiyasının tərkibinə beynəlxalq və dəniz hüququ məsələləri üzrə mütəxəssislər cəlb olunacaq. Bundan başqa, komissiyaya ən azı bir Amerikan, iki beynəlxalq hüquqşünasın da nəzarətçi qismində cəlb ediləcəkləri bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR