Bank Of Baku

İranda silah alveri ilə məşğul olan cinayətkar qrup zərərsizləşdirilib

İranda silah alveri ilə məşğul olan cinayətkar qrup zərərsizləşdirilib
# 08 iyun 2010 14:45 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Tehran polisinin keçirdiyi əməliyyat nəticəsində silah ticarəti ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Tehranın cinayətkarlıqla mübarizə polisinin rəis müavini Səid Liravi bildirib ki, Tehranın Nəvvab məntəqəsinin sakinlərinin polisə etdikləri şikayət əsasən ərazi nəzarətə götürülüb. Nəzarət nəticəsində şübhəli şəxslərin ərazidə gizli silah alveri aparıldığı və silahların saxlandığı yer müəyyənləşib. Keçirilən əməliyyat nəticəsində Əsgər adlı şəxsə məxsus evin zirzəmisindən müxtəlif çaplı odlu silah aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR