Bank Of Baku

Əhmədinejad sanksiyalarla bağlı xəbərdarlıqla çıxış edib

Əhmədinejad sanksiyalarla bağlı xəbərdarlıqla çıxış edib
# 08 iyun 2010 22:39 (UTC +04:00)
Bakı-APA. Iran prezidenti Mahmud Əhmədinejad deyib ki, ölkəsinə qarşı BMT sanksiyalarının tətbiqi təqdirində nüvə proqramı ilə bağlı danışıqlar aparılmayacaq.
APA-nın bbc.com saytına verdiyi xəbərə görə, Mahmud Əhmədinejad bu bəyanatını Türkiyədə keçən Asiya Təhlükəsizlik Sammiti tribunasından səsləndirib.
İran lideri deyib ki, nüvənin ölkə kənarında emalı üzrə Braziliya və Türkiyə ilə əldə olunmuş saziş “birdəfəlik” fürsətdir və pozulduğu təqdirdə təkrarən bağlanılmayacaq.
Beynəlxalq ictimaiyyətin narahatlıqlarının səngiməsini hədəfə alan saziş qərb ölkələri tərəfindən tanınmayıb.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Tehrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə qətnaməyə dair razılıq əldə olunub.
Qətnaməyə səsvermə iyunun 9-na təyin edilib
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR