Bank Of Baku

АBŞ 31 may hadisəsinin beynəlxalq nümayəndələrin iştirakı ilə araşdırılmasının tərəfdarıdır

АBŞ 31 may hadisəsinin beynəlxalq nümayəndələrin iştirakı ilə araşdırılmasının tərəfdarıdır
# 09 iyun 2010 01:46 (UTC +04:00)
Bakı-APA. ABŞ xarici ölkələrin nümayəndələrin 31 may Qəzza sahilində baş verən hadisələrin araşdırması ilə bağlı İsrailin razılıq verməsinə dair dünya ictimaiyyətin çağırışlarını dəstəkləyib.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, bir qədər öncə, BMT-nin Baş Katibi Pan Gi Mun İsraili yardım gəmilərinə hücumu araşdıracaq beynəlxalq komissiyanın yaradılmasına razılaşmağa çağırıb.
BMT-nin Baş Katibi bildirib ki, insan tələfatı ilə nəticələnmiş bu hadisənin araşdırılmasının tərəfsiz, etibarlı və şəffaf olması üçün onu beynəlxalq komissiyanın aparması son dərəcədə zəruridir.

İsrailin baş nazirinin müavini Silvan Şalom bildirib ki, hökumət ABŞ və BMT nümayəndələrinin araşdırmalara cəlb edilməsi imkanlarını araşdırır və qısa vaxtda öz qərarını elan edəcək.

Mayın 31-də İsrailin Qəzzaya humanitar yardım aparan gəmi karvanındakı Türkiyə gəmisinə hücumu zamanı doqquz nəfər həlak olub, xeyli sayda adam da yaralanıb. Türkiyə hadisənin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasını tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR