Bank Of Baku

İslamabad yaxınlığında NATO-ya məxsus maşın karvanina hücum edilib

İslamabad yaxınlığında NATO-ya məxsus maşın karvanina hücum edilib
# 09 iyun 2010 03:49 (UTC +04:00)
Bakı APA. Çərşənbə günü səhər erkən İslamabad yaxınlığında 10-12 nəfər naməlum silahlı şəxsin Əfqanıstanda neft və digər əşlayar daşıyan NATO-ya məxsus maşın karvanına hücum edib, nəticədə 6 nəfər öldürülüb və ən azı 5 nəfərə müxtəlif dərəcəli bədən xəsarəti yetirilib.
APA-nın Sinxua Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, hücüm hadisəsi İslamabaddan 50 kilometr cənub-qərbdə Tarnol ərazisində baş verib.
Hücumda şübhəli bilinən 26 nəfər dərhal həbs edilib.
Pakistanın daxili işlər naziri Rəhman Məlik hadisənin tədqiqatına dair sərəncam verib və hücuma dair üç günün içində məlumatı tələb edib.
Polis mənbələrinin dediyinə görə, maşın karvanının təhlükəsizliyin təminatına NATO cavabdehdir.
Hücumun ilə bağlı məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR