Bank Of Baku

İran prezidenti: “BMT Təhlükəsizlik Şurasının qərarı bizim üçün istifadə olunan salfet kağızından başqa bir şey deyil”

İran prezidenti: “BMT Təhlükəsizlik Şurasının qərarı bizim üçün istifadə olunan salfet kağızından başqa bir şey deyil”
# 10 iyun 2010 07:11 (UTC +04:00)
Bakı-APA. İran prezidenti Mahmud Əhmədinejad BMT Təhlükəsizlik Şurasının İrana qarşı yeni sanksiyalar tətbiq etməsi barədə qərarına sərt reaksiya verib. APA-nın məlumatına görə, Düşənbədə səfərdə olan İran prezidenti ölkəyə qarşı çoxlu sayda sanksiyanın tətbiqini yolverilməz adlandırıb: “Hər tərəfdən üzərimizə sanksiyalar yağdırırlar. Bu bizi üçün zəhlətökən ağcaqanad vızıltısından başqa bir şey deyil. Bizə qarşı yeni sanksiya tətbiq ediblər, lakin bu sənəd bizim üçün ağızı sildikdən sonra zibil qabına atılan salfet kağızından başqa bir şey deyil. İndiyədək dözmüşük, yenə də dözərik”.

ABŞ-ın dövlət katibi Hillari Klinton isə qəbul olunan qətnamənin İran liderlərini seçim qarşısında qoyduğunu bildirib: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə İrana verilən mesajdır. İran beynəlxalq ictimaiyyət qarşısında öz əməllərinə görə cavab verməlidir. ABŞ yenə də İranın nüvə proqramı probleminin diplomatik yolla həllinə tərəfdardır. BMT Təhlükəsizlik Şurasının tələblərinə baxmayaraq İran uranın zənginləşdirilməsi proqramını dayandırmayıb, bu isə AEBA qarşısında götürülən öhdəliklərin birbaşa pozulması deməkdir. Biz sanksiyaların İran xalqına təsirini minimuma endirmək üçün intensiv iş aparırıq. Sanksiyalar İran xalqına deyil, İran hökumətinə qarşı yönəlib. Biz İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə haqqını tanıyırıq. Amma bu hüquq həm də məsuliyyət tələb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR