Bank Of Baku

Türkiyənin HAMAS-la Fələstin Azadlıq Təşkilatı arasında vasitəçilik etmək istəyi baş tutmayıb

Türkiyənin HAMAS-la Fələstin Azadlıq Təşkilatı arasında vasitəçilik etmək istəyi baş tutmayıb
# 10 iyun 2010 09:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, HAMAS liderlərindən biri Əhməd Taha Misirin “Əl Masri Əl Yom” qəzetinə bildirib ki, HAMAS-la FAT arasında vasitəçilik missiyasını Misir yerinə yetirdiyi üçün onlar başqa vasitəçi axtarmır.

Qəzzadakı Fələstin Qanunvericilik Şurasının sədr müavini Əhməd Bəhr də yeni vasitəçi axtarmadıqlarını söyləyib: “Biz Fələstin Azadlıq Təşkilatı ilə ədalətli bir anlaşma əldə edilməsi üçün yalnız Misirdən kömək gözləyirik”.

Qəzetə açıqlama verən Misir diplomatlarından biri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təklifindən narahat olmadıqlarını deyib: “Daha əvvəl də bəzi regional aktyorlar vasitəçi olmaq istədi, amma heç nə dəyişmədi”.

Xatırladaq ki, Türkiyə hökuməti ABŞ və Qərb ölkələrindən fərqli olaraq HAMAS-ı terror təşkilatı saymadığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR