Bank Of Baku

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələrinə yenidən baxacaq

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələrinə yenidən baxacaq
# 10 iyun 2010 15:50 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Biz İran əleyhinə tətbiq edilən bütün sanksiyaları qeyri-qanuni hesab edirik və iyunun 13-də parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələrin məhdudlaşdırılmasına dair yeni layihənin müzakirəsinə başlayacağıq”. APA-nın “MEHR” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran İslam Şurasının milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Ələddin Burucerdi deyib: “ABŞ və İsrail İran əleyhinə olan qətnamələrlə öz mənfur əməllərinə çatmaq istəyirlər, amma bu arzuları ürəklərində qalacaq. Çin və Rusiya da ABŞ-ın təsiri altında olduqları üçün İran əleyhinə olan sanksiyalarda iştirak edirlər. Amma bu iki ölkə haqda fikir söyləmək tezdir. Amerika bilməlidir ki İran əleyhinə olan bu sanksiyalar işləməyəcək. Əgər onlar məsələnin həllini istəyirlərsə, İran, Braziliya və Türkiyənin birgə bəyanatına önəm versinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR