Bank Of Baku

Qırğızıstanın Oş vilayətində qırğızlarla özbəklər arasındakı toqquşmalar nəticəsində 12 nəfər ölüb

Qırğızıstanın Oş vilayətində qırğızlarla özbəklər arasındakı toqquşmalar nəticəsində 12 nəfər ölüb
# 11 iyun 2010 07:11 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, vilayətin Karasu rayonunda 6 nəfər ölüb, 40 nəfər yaralanıb, Oş şəhərində isə azı 4 nəfər ölüb, 50-dən çox adam yaralı halda xəstəxanaya çatdırılıb. Şəhərdə gərginlik davam edir və atəş səsləri eşidilir.

Müvəqqəti hökumətin rəhbər müavini Azimbek Beknazarov ölkənin cənubundakı toqquşmaların millətlərarası xarakter (qırğızlarla özbəklər arasında) daşıdığını və dəqiq ssenariləşdirildiyini deyib. Oş şəhərində və vilayətin Karasu və Aravan rayonlarında fövqəladə vəziyyət elan olunaraq komendant saatı tətbiq edilib. Buna baxmayaraq, iyunun 11-nə keçən gecə Oşda bir qrup gənc “Oş TV” teleşirkətinin binasını, eləcə də Özbək Dram Teatrını, bir neçə kafe və ticarət mərkəzini yandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR