Bank Of Baku

Əfqanıstanda 1 trln. dollar dəyərində faydalı qazıntı ehtiyatları aşkarlanıb

Əfqanıstanda 1 trln. dollar dəyərində faydalı qazıntı ehtiyatları aşkarlanıb
# 14 iyun 2010 09:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ Əfqanıstanda ümumi dəyəri 1 trln. ABŞ dolları olan işlənməmiş faydalı qazıntılar yataqları aşkar edib.
«APA-Economics»in «The New York Times» qəzetinə istinadən verdiyi məlumata görə, bu yataqlarda mis, qızıl, kobalt və litium kimi faydalı qazıntılar mövcuddur. Mütəxəssislərin fikrincə, yataqlar o qədər zəngindir ki, Əfqanıstan xam mal ixrac edən əsas ölkələrdən birinə çevrilə bilər.
Yataqlar Pentaqon nümayəndələrinin nəzarəti altında bir qrup ABŞ mühəndisləri tərəfindən aşkarlanıb. Əfqanıstan prezidenti Həmid Kərzayi artıq bu barədə məlumatlandırılıb. Yataqlar Pakistanla sərhəd boyu ölkənin müxtəlif regionlarında yerləşir.
Analitiklərin fikrincə, sözügedən yataqların işlənməsi üçün Əfqanıstana külli miqdarda investisiya yatırılmalıdır və ümumiyyətlə yataqların işlənməsi uzun müddət tələb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR