Bank Of Baku

Amerikalılar İraqın çirkləndirilməsində ittiham olunur

Amerikalılar İraqın çirkləndirilməsində ittiham olunur
# 14 iyun 2010 11:41 (UTC +04:00)
Bakı - APA. ABŞ hərbi qüvvələri İraqı tərk edərkən toksik tullantıları ölkədən çıxarmır. APA-nın məlumatına görə, bunu “The Times” qəzeti İraqın 5 vilayətində apardığı xüsusi araşdırmanın nəticələrinə istinadən yazır. Qəzetin məlumatına görə, bu hərəkətlər Pentaqonun mövcud ekoloji qaydalarına ziddir.

Qəzetin məlumatına görə, İraqın ərazisində dinc əhalinin evləri yaxınlığında süzülməkdə olan neft məhsulları və turşularla dolu çənlər var, sıradan çıxmış akkumulyatorlar isə suvarılan sahələrə yaxın ərazilərdə anbarlara yığılıb.

İraqda infrastruktura və mühəndis işlərinə cavabdeh olan briqada generalı Kendall Koks bəyan edib ki, hazırda 14,5 min ton həcmində tullantıların məhv edilməsi məsələsi həll olunur.

Son aylar ərzində KİV-də Amerika qüvvələri tərəfindən toksik tullantıların saxlanılması və bu səbəbdən regionda ekoloji fəlakətin baş verəcəyi barədə məlumatlar yayılır. Qeyd edək ki, hələ 2004-cü ildə ekoloji təşkilatlar ABŞ-ın silahlı qüvvələrini dünyada ekoloji mühitin əsas çirkləndiricisi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR