Bank Of Baku

İran Qəzzaya yardımla dolu gəmi göndərib

İran Qəzzaya yardımla dolu gəmi göndərib
# 14 iyun 2010 19:26 (UTC +04:00)
Bakı-APA. İranın Qəzzaya yardım daşıyan gəmilərindən biri dünən yola çıxıb. Digər gəmi isə cümə gününə qədər yola çıxacaq. İran dövlət radiosunun xəbərində, gəmilərdə qida, inşaat materialları və oyuncaq olduğu bildirilir.

Fələstin Millətini Müdafiə Dərnəyinin nümayəndəsi «İsrailin Qəzzaya tətbiq etdiyi blokada bitənədək İran gəmilərlə yardıma davam edəcək», deyə bildirib.

İran daha öncə Qəzzaya Misir yolu ilə yardım göndərib. Son gəmilərin eyni yolla gedəcəyi, yoxsa birbaşa Qəzzaya yönələcəyi bilinmir.

Bu arada, İnqilab Keşikçiləri Təşkilatının nümayəndəsi yardım gəmilərini keşikçilərin müşayiət edəcəyi barədə xəbərləri şərh edərək «Belə bir şey gündəmimizdə yoxdur» deyə bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR