Bank Of Baku

NATO aviasiyası Qəndəharda 45 talibi məhv edib

NATO aviasiyası Qəndəharda 45 talibi məhv edib
# 14 iyun 2010 21:09 (UTC +04:00)
Bakı-APA. İyunun 13-də NATO aviasiyası Əfqanıstanın cənubundakı Qəndəhar əyalətini bombalamağa başlayıb. İkigünlük bombardmanlar nəticəsində «Taliban» hərəkatının 45 yaraqlısı qətlə yetirilib.

NATO aviasiyası əvvəlcə Haşin mahalında yaraqlıların komandirlərinin iclas keçirdikləri evi bombalayıb. Bütün komandirlər həlak olublar. Daha sonra Şatut, Çinarto, Nisir-Kariz qışlaqları da hücuma məruz qalıblar.

Bəzi məlumatlara əsasən, 60 yerli sakin də bombardmanların qurbanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR