Bank Of Baku

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi: İsrailə hava məkanımızdan İrana qarşı istifadə imkanı verilməyəcək

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi: İsrailə hava məkanımızdan İrana qarşı istifadə imkanı verilməyəcək
# 15 iyun 2010 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İrana hücum olacağı təqdirdə, öz hava sərhədlərini İsrailin istifadəsinə verəcəyi haqda bir sıra mətbuat vasitələrində gedən məlumatlarla bağlı açıqlama yayıb.

Krallığın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin məsul nümayəndəsi açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı Böyük Britaniya KİV-ində İrana hücum zamanı ölkəsinin öz hava sərhədlərini İsrailin istifadəsinə verəcəyi haqda gedən xəbərləri təkzib edir və bu kimi məlumatları böhtan adlandırır: “Səudiyyə Ərəbistanı Krallığı suverenliyin pozulmasını və başqa bir dövlətə hücum etmək üçün öz hava sahəsindən və torpaqlarından kiminsə tərəfindən istifadə olunmasını rədd edən qəti mövqeyini təkrarlayır. Krallığın bu siyasəti hər hansı bir şəkildə əlaqəsi olmadığı İsrailin işğalçı hakimiyyətinə də tətbiq etməsi layiqlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR