Bank Of Baku

İsrail və Türkiyə hərbi sahədə əməkdaşlığı davam etdirəcək

İsrail və Türkiyə hərbi sahədə əməkdaşlığı davam etdirəcək
# 16 iyun 2010 10:07 (UTC +04:00)
Ankara-APA. Aralıq dənizində “Mavi Mərmərə” gəmisinə silahlı basqınla bağlı yaranan qalmaqala baxmayaraq İsrail və Türkiyə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcəklər. APA-nın məlumatına görə, İsrail Müdafiə Nazirliyindəki mənbə müdafiə sənayesi sahəsində əməkdaşlığın davam etdiriləcəyini, ortaq layihələr üzrə dəyərləndirmələr aparıldığını deyib. Bu həftə Parisdə hərbi məhsulların nümayiş olunacağı beynəlxalq sərgidə İsrail hərbi-sənaye kompleksinə daxil şirkətlər türk iş adamları ilə görüşlər keçirəcəklər. İsraildəki mənbə Türkiyənin İsraildən pilotsuz təyyarələr almaqdan imtina etdiyi və özünün bu cür cihazlar istehsal etməyə başlayacağı barədə məlumatları təkzib edib: “Əgər türklər bu cür təyyarələri istehsal edə bilsəydi, onları bizdən satın almazdılar”. Mənbə Türkiyə rəsmi dairələrinin İsrail Kosmik Sənaye və İsrail Hərbi Sənaye şirkətlərinin bu ölkədə çalışan əməkdaşlarının təhlükəsizliklərinə təminat verilmədiyi üçün geri qayıtdıqlarını, böhran aradan qalxan kimi həmin mütəxəssislərin yenidən Türkiyəyə dönəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR