Bank Of Baku

Mahmud Əhmədinejad: “Hansı ölkə sanksiyaları bəhanə edib, İran xalqının hüquqlarını tapdalasa, layiqli cavabını alacaq”

Mahmud Əhmədinejad: “Hansı ölkə sanksiyaları bəhanə edib, İran xalqının hüquqlarını tapdalasa, layiqli cavabını alacaq”
# 16 iyun 2010 13:21 (UTC +04:00)
APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, BMT Təhlükəsizlik Şurası İran əleyhinə sanksiyaların tətbiq edilməsi ilə əsl simasını ortaya qoyub: “Bundan sonra ABŞ nə qədər çalışsa da, öz etibarını qaytara bilməyəcək. İran əleyhinə sanksiyalar tətbiq etməklə İsrail rejiminin cinayətlərinin üstünə pərdə çəkmək istəyirlər. Amerika və bir-iki xəbis dövlət İsraili cinayətlərinə görə məhkum etmək əvəzinə bütün sahələrdə onu müdafiə edirlər. Amma bütün bunlara baxmayaraq bəyan edirəm ki, İsrail rejiminin sonu artıq çatıb. İsrail rejiminin tarix boyu etdiyi cinayətlər hamıya məlumdur”. M. Əhmədinejad problemin aradan qalxması üçün İran dövlətinin hər zaman danışıqlara hazır olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR