Bank Of Baku

Türkiyə ordusu Şimali İraqda əməliyyat keçirib

Türkiyə ordusu Şimali İraqda əməliyyat keçirib
# 17 iyun 2010 02:09 (UTC +04:00)
Bakı-APA. Türkiyə ordusu İraqın Şimalında PKK silahlılarına qarşı eyni vaxtda quru və hava əməliyyatları keçirib. Bu barədə məlumatı Türkiyənin silahlı qüvvələrinin baş qərargahı yayıb. Türkiyə hərbi qurumunun internet saytında yerləşdirilən məlumata görə, təhlükəsizlik qüvvələrinin bölmələri İraqın şimalına təxminən 2 kilometr daxil olaraq döyüş vertolyotlarının köməkliyi ilə separatçılara qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində azı 4 PKK silahlısının qətlə yetirildiyi bildirilir.

Bundan başqa Türkiyə hərbi hava donanması 45 dəqiqə ərzində silahlıların Şimali İraqdakı mövqelərinə, onların zenit qurğularının olduğu yerlərə hava zərbələri endirib.

Türkiyə komandanlığının bildirdiyinə görə əməliyyata nəzarət baş qərargahdan həyata keçirilib və bütün hədəflər vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR