Bank Of Baku

İranın xarici işlər naziri: “Sanksiyalar İrana deyil, terrorçu İsrailə qarşı yönəlməlidir”

İranın xarici işlər naziri: “Sanksiyalar İrana deyil, terrorçu İsrailə qarşı yönəlməlidir”
# 17 iyun 2010 10:10 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “İranın sülh məqsədli nüvə proqramının əleyhinə çıxarılmış sanksiyalara qoşulan ölkələrdən gileyliyik və vaxtı çatanda bunu elan edəcəyik”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Manuçöhr Mottəki deyib. Nazir bildirib ki, İran əleyhinə olan qətnamə əsassız, qeyri-hüquqi və ədalətsizdir: “Bizim üçün bunun heç bir əhəmiyyəti yoxdur”.
Diplomat bildirib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə lazımi əməkdaşlığı edib: “İran əleyhinə sanksiyaların tətbiqinə zəmin yaradan heç bir fakt və əsas yoxdur. Sanksiyalar, əslində dünyanın gözü qarşısında açıq-aşkar cinayətlər törədən terrorçu İsrailə qarşı yönəlməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR