Bank Of Baku

Suriya ilə sərhəddə yeddi iraqlı hərbçi həlak olub

Suriya ilə sərhəddə yeddi iraqlı hərbçi həlak olub
# 19 iyun 2010 00:08 (UTC +04:00)
Bakı-APA. Ötən gün İraqın Suriya ilə sərhədində yeddi iraqlı hərbçi həlak olub. Onların Əl-Kaim sərhəd rayonu yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində silahlılar tərəfindən qurulmuş pusquya düşdükləri bildirilir. Yerli hökumət orqanları basqınçıların odlu silahla yaralanmış əsgərlərdən birini İraq ordusuna işarə kimi sağ saxladıqlarını bildirib.

Həlak olan hərbçilər də sayılsa, ötən gün İraqda silahlıların hücumları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Onların arasında Amerika ordusu ilə işləyən yerli tərcüməçi və Bağdadın şimalında iki avtomobilin partladılması nəticəsində həlak olan yeddi nəfər də var. Onlarla iraqlı xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR