Bank Of Baku

Epidemioloq Frank Fenner: Bəşəriyyət XXII əsrədək yaşamayacaq

Epidemioloq Frank Fenner: Bəşəriyyət XXII əsrədək yaşamayacaq
# 19 iyun 2010 03:29 (UTC +04:00)
Bakı-APA. Avstraliyalı professor, məşhur epidemioloq Frank Fenner bəşəriyyətin XXII əsrədək yaşamayacağını bildirib.

95 yaşlı Fenner 1980-ci illərdə çiçək xəstəliyinə son qoymuş alimlərdən biridir.

Onun fikrincə bəşəriyyətin məhv olmasının səbəbləri «əhali sayının artmasının partlayış xarakterli olması» və «şiddətli tələbat» olacaq. «İnsanlarla bir yerdə müxtəlif növlü heyvanlar da yoxa çıxacaqlar. Məncə bu qarşısıalınmaz prosesdir. İnsanlar qaçılmaz prosesləri yalnız bir müddətə ləngidə bilərlər. İqlim dəyişiklikləri hələ indi başlayır, lakin vəziyyətin bərpa edilməz olduğu artıq məlumdur. İnsanlar indiyədək bir çox heyvan növlərinin yoxa çıxdığı kimi yoxa çıxacaqlar», deyə Fenner bildirib.

Ötən il BMT-nin məlumatlarına görə Yer kürəsinin əhalisi 6,8 milyard nəfər olub. Artıq gələn il planetin əhalisi 7 milyardı keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR