Bank Of Baku

Əfqanıstanda NATO vertolyotu qəzaya uğrayıb

Əfqanıstanda NATO vertolyotu qəzaya uğrayıb
# 21 iyun 2010 12:32 (UTC +04:00)
Kabil-APA. Əfqanıstanda içərisində 15 NATO hərbçisi olan vertolyot qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə zamanı 3 Avstraliya və 1 ABŞ vətəndaşı həlak olub. Qəza zamanı 7 nəfər xəsarət alıb. İlkin ehtimallara görə, qəza texniki səbəblərdən baş verib. Avstraliyanın baş naziri Kevin Radd baş verən hadisə ilə əlaqədar başsağlığı verib. Xatırladaq ki, Avstraliyanın Əfqanıstanda 1500 nəfərlik hərbi kontingenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR