Bank Of Baku

İranda sabah “Cundullah” üzvlərinin məhkəməsi başlayacaq

İranda sabah “Cundullah” üzvlərinin məhkəməsi başlayacaq
# 21 iyun 2010 15:01 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Sabah İranın Sistan və Bəluçestan vilayətində “Cundullah” terror təşkilatının 10 üzvünün məhkəməsi başlayacaq. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Sistan və Bəluçestan vilayətinin prokuroru İbrahim Həmidi terror təşkilatının 10 üzvünün mühakiməsinin açıq şəraitdə keçiriləcəyini bildirib. “Cundullahın” rəhbəri Əbdülməlik Rigi həbs ediləndən sonra dəstə üzvləri xaricdən qayıdarkən təhlükəsizlik qüvvələrinin səyi nəticəsində həbs ediliblər. Qeyd edək ki, “Cundullah” terror qruplaşmasının lideri Əbdülməlik Riqi iyunun 20-də İran inqilab məhkəməsinin çıxardığı hökmə əsasən edam olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR