Bank Of Baku

İranın müdafiə naziri: “Rusiya C-300 raketlərini İrana verməyəcəyi təqdirdə, dəymiş ziyanı ödəməli olacaq”

İranın müdafiə naziri: “Rusiya C-300 raketlərini İrana verməyəcəyi təqdirdə, dəymiş ziyanı ödəməli olacaq”
# 22 iyun 2010 13:12 (UTC +04:00)
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın müdafiə naziri Əhməd Vəhidi deyib. O bildirib ki, rəsmi Rusiya İran əleyhinə sanksiyalardan sonra C-300 raketlərinin İrana verilib-verilməməsi barədə konkret söz deməyib: “Onlar C-300 raketləri barədə mövqelərini bildirdikdən sonra İran da buna uyğun tərzdə öz mövqeyini açıqlayacaq”.

Nazir bildirib ki, Rusiya ilə bağlanmış müqaviləyə əsasən, raketlər İrana təhvil verilməlidir: “Burda qanuna zidd heç nə yoxdur. Raketlər İrana verilməsə, Rusiya dəymiş ziyana görə məsuliyyət daşıyır və bu ziyanı ödəməlidir. Əlbəttə, biz hər ehtimala qarşı lazımı hazırlıqlarımızı görmüşük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR