Bank Of Baku

İran prezidenti: “Qərb dövlətləri ilə danışıqların şərtlərini gələn həftə açıqlayacağıq”

İran prezidenti: “Qərb dövlətləri ilə danışıqların şərtlərini gələn həftə açıqlayacağıq”
# 24 iyun 2010 14:34 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Rəsmi Tehran İran əleyhinə sanksiyaya qoşulan ölkələrlə danışıqların şərtlərini gələn həftə açıqlayacaq. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Mahmud Əhmədinejad bildirib. Prezident deyib ki, İran sanksiyalara qoşulan ölkələri tutduqları mövqeyə görə peşman edəcək: “Bəzi dünya dövlətləri sanksiyalar tətbiq olunması ilə İranı zəiflətmək istəyirlər. Amma bu sanksiyalar İranın qüdrətli dövlət olmasına dəlalət edir. İranı qüdrətsiz, kiçik və aciz hesab edənlər dar düşüncəli insanlardır. Dar düşüncəli olmaq isə inkişafın qarşısını almaq və geridə qalmaq deməkdir”.

M. Əhmədinejad İranı bu gün haqqın, ədalətin carçısı adlandırıb: “Artıq zülmət gecənin sonudur. Bəşəriyyətin işıqlı sabahı başlayır. ABŞ və İsrail bəşəriyyətin inkişafına mane olan ən əsas amildir. Onların çoxlu sayda kütləvi qırğın silahı var. Onlar saysız dərəcədə günahsız insanı qətlə yetiriblər. Hər kəsi əmin edirəm ki, onlar İrana heç bir şey edə bilməyəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR