Bank Of Baku

İndoneziyada gecə klubunda baş verən yanğında 10 nəfər ölüb

İndoneziyada gecə klubunda baş verən yanğında 10 nəfər ölüb
# 26 iyun 2010 07:47 (UTC +04:00)
Cakarta-APA. İndoneziyada gecə klubunda baş verən yanğında 10 nəfər ölüb. APA-nın məlumatına görə, hadisə Surabae şəhərinin “Redboxx Cafe” klubunda baş verib. Ölənlər arasında iki xarici vətəndaş və ana ilə azyaşlı uşaq da var. Xəstəxanaya aparılan yaralılardan 5 nəfərin vəziyyəti ağırdır. Yerli polis insident zamanı ölənlərin sayının artacağını ehtimal edir. Yanğın baş verən gecə klubunda bir neçə yüz nəfər olub. Hazırda ərazidə xilasetmə əməliyyatları davam edir. İlkin ehtimala görə, yanğının mənbəyi söndürülməmiş siqaret olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR