Bank Of Baku

Şimali Koreya hakimiyyətin ötürülməsinə hazırlaşır

Şimali Koreya hakimiyyətin ötürülməsinə hazırlaşır
# 26 iyun 2010 09:52 (UTC +04:00)
Bakı – APA. Koreya Xalq Demokratik Respublikasının hakim partiyası 2010-cu ilin sentyabr ayında xüsusi toplantı keçirmək niyyətindədir. İclasda ölkənin yeni rəhbərliyi seçiləcək. APA-nın «İnterfaks»a istinadən verdiyi xəbərə görə, bu məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.
Məlumatda bildirilir ki, sentyabrın əvvəlində keçirilməsi planlaşdırılan hakim aprtiyanın iclasında hökumət rəhbərliyinə namizədlər əsasında təyinatlar aparılacaq.

Cənubi Koreya analitikləri isə qeyd edirlər ki, Şimali Koreyanın lideri Kim Çen İr hakimiyyəti kiçik oğlu Kim Çen Una ötürməyi planlaşdırır. Buna hazırlıq isə hələ 2008-ci ildə başlanıb – həmin il Kim Çen İr insult keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR