Bank Of Baku

Türk millət vəkili: “Qırğızıstan yardım istəsəydi, Türkiyə 10 saatda 10 min əsgər-polis göndərərdi”

Türk millət vəkili: “Qırğızıstan yardım istəsəydi, Türkiyə 10 saatda 10 min əsgər-polis göndərərdi”
# 26 iyun 2010 19:20 (UTC +04:00)
- 27 iyundakı referendumu müşahidə etmək üçün Bişkekdəsiniz. Vəziyyət oradan necə görünür?

- Kaş bu üzücü hadisələr yaşanmasaydı. Burada əsas problem-mövcud üsuli-idarənin asayişi və təhlükəsizliyi təmin edə bilməməyidir. Keçmiş prezidentin və qohumlarının bu hadisələrdə barmağı olduğu deyilsə də, iqtidardakılar proseslərə nəzarət edə bilməyiblər. İndi vəziyyət sakitdir. Referendumun keçirilməsi və insanların referendumda iştirak etməsi hadisələrin gedişinə müsbət təsir göstərə bilər. Arzumuz budur ki, referendum sağ-salamat baş tutsun və mövcud iqtidar yeni hökumət yaratsın. Oktyabr ayında parlament seçkilərinə hazırlıq da bu referendumdan sonra başlayacaq.

- Oradakı prezident üsuli-idarəsinin dəyişdirilərək ölkənin parlament respublikasına keçəcəyi danışılır. Bu prosesdə Türkiyənin örnək alınmasından söhbət gedir...

- Yox, yox. Elə şey yoxdur. Mən referenduma təqdim edilən konstitusiya layihəsini oxudum. Bizim Türkiyənin konstitusiyası ilə heç bir əlaqəsi yoxdur. Biz buraya gəlməzdən qabaq həm Məclis sədrimiz, həm də baş nazirimiz yeni konstitusiya hazırlanması ilə bağlı Qırğızıstana kömək təklif etdilər. Mən özüm konstitusiya hüququ mütəxəssisiyəm, Məclisimizdə konstitusiya komissiyasının üzvüyəm. Referenduma təqdim edilən konstitusiya barədə fikir bildirməyim düzgün olmazdı. Qırğızıstanın yeni konstitusiyasını çox böyük həssaslıqla hazırlanmış bir layihə kimi görmürəm. Bundan sonrakı mərhələdə konstitusiyada ciddi dəyişikliklər edəcəklərinə inanıram.

- Türk mediası Ankaranın “qardaş ölkəyə” diqqətsiz yanaşdığını iddia edir. Siz Bişkekdə durumu necə dəyərləndirirsiniz-həqiqətən Türkiyə oraya lazımi diqqəti göstərmirmi?

- Burada ən çox zərəri Türk sərmayədarlar görüb. Elə isə bizim hamımız Türk irqindən deyilikmi? Prezidentin səlahiyyətlərini həyata keçirən şəxs Türkiyədən kömək istəmək yerinə, Rusiyadan yardım istəyir. Bu yaraşan bir şeydirmi? Mən bundan çox narahatam. Bunlar sözdə bizə “qardaş” deyirlər, ancaq iş ciddiləşəndə gedib ruslardan kömək istəyirlər. Rus özbəklə qırğıza daha yaxındır, yoxsa rus? Əgər burda Türk qardaşlarından yardım istəsəydilər, biz təcili sülh məramlı qüvvələr göndərərdik. 10 saatda oraya 10 min əsgər-polis göndərərdik. Biz buraya savaşmaq üçün gəlməyəcəkdik; sülhü bərqərar edən kimi də geri qayıdacaqdıq. Bu qardaşların bir-birini öldürməsindən ən çox Türkiyə narahat olur. Heç kimin Türkiyədən şikayət etməyə haqqı yoxdur. Biz buraya zorla gələcəkdikmi? Bunlar “yardım” adına bizdən pul istəyirlər. Biz pul da verərik, ancaq vəziyyətin sahmana salınması üçün bura hərbi-polis qüvvələri lazımdır. Təsəvvür edin ki, burada 2 min insanın ölümündən, 15 min insanın yaralanmasından söhbət gedir. Burda gördüyümüz videolar bizi dəhşətə gətirdi. Buradakı qırğını serblər boşnaklara etməyib. Burda Allah qorxusu da yox imiş. Çingiz Aytmatov bunları doğru olaraq “mankurt” adlandırıb.

- İndi oradakı Türk iş adamları nə edirlər? Yəqin ki, qorxu hissi onları da sarıb.

- Türk iş adamları öz gücləri ilə onlara dəymiş ziyanı aradan qaldırmağa çalışırlar. İndi burada ticarət dayanıb. Türk iş adamları geriyə qayıdıb-qayıtmamaq barədə fikirləşirlər. Burda pul qazanmaq çox çətindir. Türk iş adamları ortada qalıblar.

- Oradakı Türk universitet və məktəbləri hansı vəziyyətdədir? Fəaliyyətə davam edəcəklərmi?

- Universitet və məktəblər tətilə giriblər. Təhlükəsiz mühit yaradılmazsa, buradakı Türk məktəblərinin də fəaliyyətə davam etməsi sual altında qalacaq.

- Referendumdan sonra ölkədə təhlükəsizlik yaradılması ehtimalı nə dərəcədədir?

- İnsanların referenduma nə qədər maraq göstərəcəyinə baxacağıq. Biz bu xaosun bir an əvvəl bitməsini istəyirik. Xalq inqilabı nəticəsində iqtidarı ələ keçirənlərin referendumda etimad alması çox mühümdür. Gələcəkdəki proseslər referendumun nəticəsinə bağlı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR