Bank Of Baku

Əfqanıstanda mikroavtobusun partladılması nəticəsində 8 dinc sakin həlak olub

Əfqanıstanda mikroavtobusun partladılması nəticəsində 8 dinc sakin həlak olub
# 28 iyun 2010 10:00 (UTC +04:00)
Bakı – APA. İyunun 28-də Əfqanıstanın Qazni əyalətində sərnişin mikroavtobusunun qiyamçıların quraşdırdığı fuqasda partlaması nəticəsində 8 dinc sakin həlak olub.

APA-nın məlumatına görə, Əfqanıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, akt təhlükəsizlik qüvvələrinə qarşı planlaşdırılsa da, həmin yoldan ilk olaraq sərnişin mikroavtobusu keçib. Ölənlər arasında qadın və uşaqlar da var.

Yerli “Tolo” telekanalı isə xəbər verir ki, əcnəbi hərbçilər Qəndəharda 8 dinc sakini qətlə yetiriblər. Hərbçilər onları taliblər hesab edərək güllələyiblər. Lakin sonradan məlum olub ki, güllələnən şəxslər qonşu Helmend əyalətindən gəlmiş qaçqınlardır.

Qeyd edək ki, BMT-nin məlumatına görə, Əfqanıstanda terror aktivliyi ötən ilə nisbətən 94% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR