Bank Of Baku

İranda tələbələr Mehdi Kərrubini universitetdən qovublar

İranda tələbələr Mehdi Kərrubini universitetdən qovublar
# 29 iyun 2010 16:06 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Tehranda “Şərif” adına Texnologiya Universitetinin tələbələri İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubini universitetdən qovublar. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, universitetin həyətindəki məsciddə təşkil olunmuş mərasimdə iştirak etmək üçün universitetə gələn M. Kərrubi tələbələrin etirazı ilə üzləşib. Tələbələr “Kərrubi fitnəkar”, “Universitet fitnəkarların yeri deyil” kimi şüarlar səsləndiriblər. Etirazla qarşılanan Kərrubi avtomobilinə minərək universiteti tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR