Bank Of Baku

İsrail xarici işlər nazirliyi Türkiyə ilə gizli görüşə sərt reaksiya verib

İsrail xarici işlər nazirliyi Türkiyə ilə gizli görüşə sərt reaksiya verib
# 01 iyul 2010 02:49 (UTC +04:00)
Bakı-APA. Türkiyə xarici işlər naziri Ahmet Davudoğlu ilə İsrail sənaye naziri Binyamin Ben-Eliezer Avropada gizlicə görüşərək münasibətlərdəki böhranı müzakirə ediblər. Görüşün İsrail Xarici işlər nazirliyindən də gizli keçirildiyi məlum olub. İsrail xarici işlər naziri Aviqdor Liberman, çox sərt bir açıqlama ilə baş naziri Binyamin Netanyahunu tənqid edib.

Binyamin Ben-Eliezer İsrail hökumətində Türkiyəyə en yaxın olan nazirdir. Görüş səlahiyyətini ona birbaşa baş nazir Binyamin Netanyahu verib.

Netanyahunun ofisindən «görüş qeyri-rəsmi idi» açıqlaması verilsə də İsrail xarici işlər nazirliyi buna sərt reaksiya verib.

İsrail xarici işlər naziri Aviqdor Liberman çox sərt bir açıqlama yayıb. «Bu görüşün xarici işlər nazirliyinin məlumatı olmadan həyata keçirilməsi çox vacib amildir. Bu bir həqarətdir. Baş nazir ilə xarici işlər naziri arasındakı inama qarşı böyük bir zərbədir», deyə açıqlamada bildirilir.

Liberman eynı zamanda Netanyahunun koalisiya ortağı «İsrail Evimizdir» partiyasının lideridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR