Bank Of Baku

Taliban NATO ilə danışmayacaq

Taliban NATO ilə danışmayacaq
# 02 iyul 2010 01:39 (UTC +04:00)
Bakı-APA. Əfqanıstandakı Taliban hərəkatının rəsmiləri BBC-yə deyiblər ki, NATO qüvvələri ilə hər hansı növ danışıq aparmaq niyyətləri yoxdur.
APA-nın bbc.com saytına verdiyi xəbərə görə, bundan əvvəl, Amerikanın Əfqanıstandakı qüvvələrinin komandanları və Britaniya ordu rəisi general Devid Rİçards demişdilər ki, Talibanla danışığa getməyin faydası ola bilər.
Talibanın buna cavabı kompromissiz və hətta istehzalı olub.
Hərəkat müharibədə qalib gəldiyini düşünür və buna görə NATO ilə danışıq aparmaqla ona yardım etməkdə məna görmür.
Səhvən ola bilsə də, taliblər Amerika qüvvələrində tam qarma-qarışıqlığın hökm sürdüyünü hesab edirlər.
Onları buna əmin edən general Makkristalın prezident Obama tərəfdən işdən kənar edilməsidir.
Onlar NATO-nun danışıq təklifini zəiflik əlaməti kimi görürlər.
Taliblər deyirlər ki, iyun ayında NATO Əfqanıstanda rekord sayda itki verib. 102 alyans əsgəri həlak olub ki, bu da günə üç əsgər itkisindən çox edir.
Taliban liderləri qərblilərlə üzbəüz söhbət etməyə meyl göstərmədiklərindən, BBC-nin suallarını hərəkatın tanınmış sözçüsü Zabulla Mücahidə etibar edilən vasitəçi təqdim edib.
Taliban liderləri isə onlara cavab veriblər:
"Biz heç kimlə, nə prezident Kərzay nə də xaricilərlə danışmaq istəmirik. Nə qədər ki, xarici qüvvələr Əfqanıstandadır, bu baş verməyəcək.
Biz qalib gələcəyimizə əminik. Niyə, üstünlük qazandığımız bir vaxtda və yadelli qüvələr ölkədən çıxmaq barədə düşünərkən və düşmənlərimizin öz düşərgəsində çəkişmələr olarkən biz onlarla danışığa getməliyik?"
Bu təbliğat sayılsa da, hətta taliblərə nifrət edən və onlardan qorxan əfqanıstanlıların bir çoxu eyni fikirdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR