Bank Of Baku

İranla Ermənistan arasında dəmiryolu xəttinin tikintisində Rusiya da iştirak edəcək

İranla Ermənistan arasında dəmiryolu xəttinin tikintisində Rusiya da iştirak edəcək
# 02 iyul 2010 08:35 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran və Ermənistan arasında çəkiləcək dəmir yol xəttinin çəkilişində Rusiya yaxından iştirak edəcək. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə bu sözləri Ermənistanın nəqliyyat naziri Manuk Vardanyan deyib. O bildirib ki, bu məsələ Rusiyanın nəqliyyat naziri ilə müzakirə ediləcək. Ümumi uzunluğu 410 km olan dəmir yol xəttinin çəkilməsi üçün 1.8 milyard dollar lazımdır. Xəttin 60 kilometri İran ərazisinə düşür. Qeyd edək ki, 2007-ci ildə İran və Ermənistan iki ölkə arasında dəmir yolunun çəkilməsi barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR