Bank Of Baku

Fələstinlilər İsrail ilə birbaşa danışıqlardan imtina edirlər

Fələstinlilər İsrail ilə birbaşa danışıqlardan imtina edirlər
# 04 iyul 2010 04:52 (UTC +04:00)
Bakı-APA. Dörd aydan çox gedən vasitəçilərin iştirakı ilə Fələstin-İsrail danışıqlarından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin lideri Mahmud Abbasa birbaşa danışıqlara başlamağı təklif edib.

«Biz bu danışıqlara hər zaman hazırıq», Natanyahu deyib.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Fələstinin Baş naziri Salam Fayad bildirib ki, hələ birbaşa danışıqlara başlamağın vaxtı deyil.

“Biz hələ vasitəçilərlə gedən danışıqlarda irəliləyiş müşahidə etmirik”, Salam Fayad deyib.

Xatırladaq ki, Fələstin İsrailin İordan çayın qərb sailində və Yerusəlimin şərqində yəhudi yaşayış məntəqələrin salmasına etiraz olaraq birbaşa danışıqlardan imtina etmişdi.

Danışıqlarda Yerusəlimin statusu, Fələstin qaçqınları, Fələstin dövlətinin sərhədləri və.s məsələlər müzakirə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR