Bank Of Baku

İspaniya, Fransa və İtaliya XİN başçıları Qəzza zolağına səfər edəcəklər

İspaniya, Fransa və İtaliya XİN başçıları Qəzza zolağına səfər edəcəklər
# 05 iyul 2010 18:26 (UTC +04:00)
Bakı-APA. İspaniya, Fransa və İtaliya XİN başçıları iyul ayında İsrailin Qəzza zolağının blokadasını ləğv etməyə dair sözlərinə əməl edib-etmədiyini yoxlamaq üçün bu əraziyə səfər edəcəklər. Bu barədə Suriya prezidenti Bəşər Əsədlə görüşdən sonra keçirdiyi brifinqdə İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero bəyan edib.

Sapateronun sözlərinə görə, Yaxın Şərq İspaniyanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və ölkə Qəzza zolağının blokadasına tam son qoyulmasına çağırır.

İspaniya baş naziri həmçinin Suriya prezidentinə Dəməşq və Təl-Əviv arasında dialoqda vasitəçilik köməyini də təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR