Bank Of Baku

Pakistanda yerli taliblərin lideri öldürülüb

Pakistanda yerli taliblərin lideri öldürülüb
# 06 iyul 2010 01:09 (UTC +04:00)
Bakı-APA. Pakistanda yerli taliblərin lideri Həkimulla Məsud öldürülüb. Bu barədə ölkənin müdafiə nazirliyi məlumat verir.

Həkimulla Məsud Şimali Vəziristan əyalətində nəzarət-buraxılış məntəqəsində baş vermiş atışmada öldürülüb. Atışmada 2 Pakistan əsgəri də yaralanıb. Məsudun başına 234 min dollar mükafat təyin olunmuşdu.

Qeyd edək ki, bu il ərzində Həkimulla Məsud artıq ikinci dəfədir ki, öldürülür. İlk dəfə onun həlak olması barədə xəbər yanvar ayında yayılmışdı. Lakin aprel ayında xəbərin doğru olmadığı üzə çıxdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR