Bank Of Baku

İranda 4,8 bal gücündə zəlzələ olub

İranda 4,8 bal gücündə zəlzələ olub
# 06 iyul 2010 08:54 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Sistan və Bəluçestan vilayətinin Çabahar şəhərində 4,8 bal gücündə zəlzələ olub. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər baş verən təkanların gücü 4,8 bal təşkil edib. Tehran Universitetinin Geofizika İnstitu yeraltı təkanların saat 07.23 radələrində Çabahar şəhərində qeydə alındığını açıqlayıb.
Sistan və Bəluçestan vilayətinin fövqaladdə hallar idarəsinin rəhbəri Höccətəli Şayanfər təkanların güclü olmasına baxmayaraq, tələfat və dağıntı barədə dəqiq məlumat verə bilməyəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR