Bank Of Baku

Iran: Təyyarələrin yanacaqla doldurulmasında problem olmayıb

Iran: Təyyarələrin yanacaqla doldurulmasında problem olmayıb
# 06 iyul 2010 23:24 (UTC +04:00)
Bakl-APA. İran Britaniya və digər xarici ölkələrin şirkətlərinin onun hava yolları şirkətinə məxsus təyyarələri yanacaqla doldurmaqdan imtina etdikləri barədə İranın rəsmi mediasının yaydığı xəbərləri təkzib edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bununla belə Qərb mediasında yayılan xəbərlərdən görünür ki, ən azı bir xarici şirkət artıq belə bir imtinada bulunub.
Həmin şirkət bunu Amerikanın İrana qarşı yeni sanksiyalarına uyğun edərək həyata keçirib.
Bu sanksiyalar ötən həftə prezident Obama tərəfindən imzalandıqdan sonra qanun qüvvəsinə minib.
Bu sanksiyanın ilk təsirini İran təyyarələrinə sərnişin olan iranlılar duymağa başlayıblar.
İranın rəsmi mediası xəbər yayıb ki, İran təyyarələrinə Avropa ölkələrindən Britaniya və Almaniyada, Fars Körfəzi ölkələrində və Birləşmiş Ərəb Əmirliklərində benzin vurmaqdan imtina edirlər.
Adıçəkilən ölkələr indi bu xəbərləri təkzib edirlər və İran hökuməti də artıq bu təkzibə şərik olub.
Lakin belə bir xəbər də var ki, Britaniyanın BP şirkəti İran təyyarələrinə yanacaq vurulmasını dayandırıb.
Deməli İran təyyarələri hələ də başqa şirkətlərdən təyyarə yanacağı ala bilirlər, lakin yeni Amerika sanksiyaları bu məsələdə limit qoyur. Bu məhdudiyyət İrana yalnız 5 milyon dollarlıq yanacaq satılmasına imkan verir ki, bununla da çox sayda böyük laynerləri doldurmaq mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR