Bank Of Baku

İsrail Qəzzanın blokadasını yüngülləşdirir

İsrail Qəzzanın blokadasını yüngülləşdirir
# 07 iyul 2010 03:48 (UTC +04:00)
Bakı-APA. ABŞ və Avropa İttifaqı dövlətləri İsrailin Qəzzanın blokadasını yüngülləşdirmək qərarını salamlayıblar.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Yaxın Şərq üzrə beynəlxalq səfir Toni Bleyr də bunu irəliyə doğru mühüm addım adlandırıb.
İsrail Qəzzaya gətirilən bütün istehlak mallarına qadağanları aradan qaldırıb. Lakin inşaat materialları yalnız BMT-nin nəzarət etdiyi layihələr üçün nəzərdə tutulmalıdır.
Qəzzadan ixraca qadağan qüvvədə qalır. Yerli biznes liderləri və insan haqları fəalları deyiblər ki, tədbir Qəzzanın ehtiyaclarını tam ödəmir.
Qəzzaya nəzarət edən Həməs təşkilatı dəyişikləri mənasız kimi rədd edib.
Avropa İttifaqının bir qrup xarici işlər naziri İsrailin Qəzaya səfər etmək dəvətini qəbul edib.
İspaniyanın baş naziri Xose Luiz Zapatero deyib ki, Britaniya, Fransa, İtaliya və İspaniyanın nazirləri bu ay blokadanın yüngülləşdirilməsi planının həyata keçirilməsini monitorinq edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR