Bank Of Baku

Pakistanda baş vermiş partlayışda ölənlərin sayı 65-ə çatıb

Pakistanda baş vermiş partlayışda ölənlərin sayı 65-ə çatıb
# 09 iyul 2010 18:32 (UTC +04:00)
Bakı-APA. Pakistanın Əfqanıstanla sərhəd bölgəsində terrorçu-kamikadzenin həyata keçirdiyi partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. Rəsmilər ölkənin şimal-qərbindəki Mohmand əyalətinin Yakaqhund kəndində əyalətin vəzifəli şəxslərindən olan Rəsul Xanın bürosunun önündə insanların toplandığı vaxt həyata keçirilən hücumda 112 nəfərin də yaralandığını bildirirlər.

Ölənlər arasında uşaqlar və qadınların da olduğunu qeyd edən rəsmilər partlayış nəticəsində yaxında yerləşən bir həbsxananın xəsarət aldığını və bəzi məhkumların qaçdığını da bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR