Bank Of Baku

Çində 27 nəfər sürüşmə qurbanı olub

Çində 27 nəfər sürüşmə qurbanı olub
# 10 iyul 2010 04:29 (UTC +04:00)
Bakı-APA. Cənubi Çində şiddətli yağışların əmələ gətirdiyi torpaq sürüşməsi nəticəsində ən azı 27 nəfər həlak olub, daha 6 nəfər isə itkin düşüb.

On minlərlə yerli sakin təxliyə olunub. Təbii fəlakət hava, avtomobil və dəmir yolu nəqliyyatının iflic vəziyyətinə düşməsinə səbəb olub.

Təkcə Çuntsin bələdiyyəsinin ərazisində 8 nəfər həlak olub, 1 nəfər itkin düşüb və 27 min insan təxliyə olunub. Çaylarda suyun həddi təhlükəli səviyyəyə çatıb, daşqın qorxusu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR